Mart 12, 2022 11:58 Asia/Baku
  • İran üzərindən keçərək Avrasiyada yeni dəhlizin əsası qoyulur

Azərbaycan prezidentinin köməkçisi Bakıda İranla imzalanmış sənədin əsasında Avrasiya qitəsində yeni dəhlizin əsasının qoyulduğunu söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Hikmət Hacıyev ba haqda deyib: "Biz bir il yarımdan artıq müddətdir ki, Zəngəzur dəhlizi ilə bağlı məsələdə nələrin olacağı ilə bağlı Ermənistandan bir cavab gözləyirik. Ermənistan düşünməyinə davam etsin. Ancaq biz praktiki olaraq işimizi görməkdə də davam edirik".

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global"a müsahibəsində qeyd edib ki, Azərbaycanla İran arasında imzalanan razılaşmaya görə Zəngilanın Ağbənd qəsəbəsindən avtomobil və dəmiryolu vasitəsilə İrana və oradan keçərək Naxçıvana, oradan isə Türkiyəyə keçmək müçkün olacaq. Bununla da Avrasiya qitəsində artıq yeni bir dəhlizin əsası qoyulmuş oldu.

Teqlər