Azərbaycan Respublikasında intihar və qətl statistikası
https://azeri.sahartv.ir/news/azərbaycan-i386947-azərbaycan_respublikasında_intihar_və_qətl_statistikası
Azərbaycanda bu il 102 intihar hadisəsi baş verib. Bunu Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2022 09:59 Asia/Baku
  • Azərbaycan Respublikasında intihar və qətl statistikası

Azərbaycanda bu il 102 intihar hadisəsi baş verib. Bunu Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev deyib.

SəhərAzəri-nin məlumatına əsasən, Fazil Həsənəliyev bildirib ki, 2021-ci ildə 612 intihar faktı qeydə alınıb. İntihar edənlərdən 438 nəfər kişi, 174 nəfəri qadın, 46 nəfəri yetkinlik yaşına çatmayanlar olub.

Bu il Azərbaycan Respublikasında qətl hadisələrinin statistikası ilə bağlı isə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev məlumat verib. Onun dediyinə görə, bu ilin 2 ay 15 günü ərzində 39 qəsdən adam öldürmə cinayəti baş verib. O bildirib ki, bu cinayətlərin hamısının üstü açılıb.