Mart 16, 2022 14:40 Asia/Baku
  • Media fəalı: Azərbaycan Qarabağda yeni əməliyyata başlayacaq

Azərbaycanın “Xural” media orqanının baş redaktoru bildirib ki, mövcud sübutlar Azərbaycan ordusunun Ukrayna müharibəsinin yaratdığı vəziyyətdən istifadə edərək, Qarabağ münaqişəsinin həlli üçün yeni əməliyyata başlayacağını göstərir.

SəhərAzəri-nin məlumatına əsasən, Əvəz Zeynallı Müsavat TV-yə açıqlamasında iddia edib ki, bu əməliyyat Rusiya və Türkiyə ilə koordinasiya olunaraq həyata keçiriləcək. Çünki bu, Qafqazda əsas və həlledici qərar vericiyə çevrilən Türkiyə prezidenti Ərdoğanın istəyidir.

Əvəz Zeynallı bildirib ki, son həftələrdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində aparılan təmizləmələr və Rusiya Müdafiə Nazirliyinə “Dağlıq Qarabağ” adından nəzarətində olan ərazilər üçün istifadə etməməsini istəməsi, düşmənin açıq atəşinə sərt reaksiyanın verilməsi və digər mövcud sübutlar göstərir ki, Azərbaycan Respublikası Ordusu yeni əməliyyat keçirmək niyyətindədir.

Baş redaktor həmçinin bildirib ki, Azərbaycan Respublikası Vladimir Putinin Rusiyada hakimiyyətdən getməsinə hazırlaşmalıdır.

Son günlər Azərbaycan Respublikasının KİV-ləri və analitikləri amerikalı politoloq Frensis Fukuyamanın “Rusiyanın Ukraynada məğlubiyyəti” barədə təxminləri ilə bağlı proqnozunun yaratdığı psixoloji ab-havanın təsiri altında Qarabağda anti-terror əməliyyatları üçün münbit şəraitin yarandığını qeyd edirlər.

Onlar həmçinin hesab edirlər ki, mövcud vəziyyətdə İrəvanı Ermənistanın cənubundan Naxçıvana və Türkiyəyə uzanan “Zəngəzur dəhlizini” açmaq məsələsində kompromisə vadar etmək mümkündür.

Teqlər