İran Səfirliyi: Teleqram kanalının Sepah ilə heç bir əlaqəsi yoxdur
https://azeri.sahartv.ir/news/azərbaycan-i387923-İran_səfirliyi_teleqram_kanalının_sepah_ilə_heç_bir_əlaqəsi_yoxdur
İran səfirliyi teleqram kanallarında Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2022 07:18 Asia/Baku
  • İran Səfirliyi: Teleqram kanalının Sepah ilə heç bir əlaqəsi yoxdur

İran səfirliyi teleqram kanallarında Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, səfirlikdən “Report”un sorğusuna cavab olaraq bununla bağlı araşdırma aparıldığı qeyd edilib.

Vurğulanıb ki, teleqram kanalının İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH ilə heç bir əlaqəsi yoxdur: "Hər halda belə məlumatlar İran, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətləri korlayır”.

Xatırladaq ki, erməni mənbələri Spahın adına mövcud olan kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi kanalı kimi təqdim edirlər.