DİN Bloger Hüseyn Həsənovla görüş zamanı baş verənlərə münasibət bildirib
Aprelin 17-də Bakının ticarət mərkəzlərindən birində Rusiyada yaşayan bloger Hüseyn Həsənovun izləyiciləri ilə görüşü zamanı yaşanan hadisələrə görə həbs olunan var.
SəhərAzəri-nin məlumatına əsasən, Daxili İşlər Nazirliyi görüşdə xüsusi karantin rejiminin tələblərinə riayət olunmadığını bildirib.
DİN tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurmasını xatırladıb və həmin şəxsin müəyyən edilərək saxlanıldığını inzibati qaydada 15 sutka həbs olunduğunu bildirib
DİN-in məlumatında deyilir ki, hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir.
Dünən, aprelin 17-də bloqerlə görüşdə izdiham yaşanıb. Ticarət mərkəzinə gələn çoxlu sayda insanlar qurulmuş səhnəni əhatəyə alıb. Sosial şəbəkələrdə yayılmış videolarda səhnədə duran şəxsin kəmərlə harayasa vurduğu görünür.
Rus video blogger və iş adamı. Ən məşhur Runet video bloggerlərindən biri olan Hüseyn Həsənov Sankt-Peterburqda yaşayır. Onun bir neçə milyon izləyicisi var.
Daha çox özünün bahalı maşınlarının kənarında çəkdiyi fotoları ilə yadda qalan bir gəncin Azərbaycan Respublikası gəncləri tərəfindən elə bir izdihamla qəbul olunması ekspertləri ciddi düşündürməyə başlayıb. Sosial şəbəkələrdə sosioloq və psixoloqların bildirdikləri fikirlərə görə, Azərbaycan gəncliyi tərəfindən bu kimi simaların nümunə götürülməsi ciddi boşluqlardan xəbər verir və cəmiyyətdə təhlükə siqnalını səsləndirmiş olur.