Laçından yan keçən yol kimlərin istifadəsinə veriləcək?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Laçın şəhərindən yan keçən yolun inşa əməliyyatı barədə məlumat verib.
SəhərAzəri-nin məlumatına əsasən,agentliyin bildirdiyinə görə, icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir.”
Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yol 2 hərəkət zolağına malik olacaq.
Agentlik hazırda yolboyu genişmiqyaslı tikinti işlərinin aparıldığı vurğulayıb.
Qeyd edək ki, bu yol 10 noyabr razılaşmasına əsasən Qarabağ ilə Ermənistan arasında Azərbaycanın heç bir müdaxiləsi olmadan gediş-gəlişin təmini məqsədi ilə inşa edilir. Qədim yolun Azərbaycan Respublikasının nəzarətində olan Laçin şəhərindən keçməsi Ermənistan və Qarabağ ermənilərini narahat edir.
Bu yolun inşası belə bir sual da ortaya qoyur ki, Laçın dəhlizi üçün müstəqil yolun inşası Ermənistanla Qarabağ arasında əbədi quru əlaqə yolunun nəzərdə tutulmasımı deməkdir?