İlham Əliyev növbəti dəfə Ermənistana mesaj verdi
"Azərbaycan sülh danışıqları üçün heyət təyin edib"
Azərbaycan Respublikasının prezidenti bəyan edib ki, sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır.
SəhərAzəri-nin məlumatına əsasən, dövlət başçısı ABŞ Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı bu açıqlamanı verib.
Turan xəbər verir ki, görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, kommunikasiyaların açılması məsələləri müzakirə edilib.
Prezident Əliyev 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın törətdiyi dağıntıları, maddi-mədəniyyət abidələrinin, 60-dan çox məscidin dağıdıldığını və onlardan tövlə kimi istifadə olunduğunu qeyd edib. İşğal dövründə Azərbaycan ərazilərində Ermənistan tərəfindən çox sayda minaların basdırıldığını deyən prezident İlham Əliyev hazırda Azərbaycanın üzləşdiyi mina problemini vurğulayıb.