Rusiya hərbçiləri Azərbaycan torpaqlarına zəvvar gətirir
Rusiyanın Azərbaycan torpaqlarındakı sülhməramlı hərbi kontingentinin komandanlığı dünən – mayın 10-da artıq bu il ərzində ikinci dəfə ermənilərin Xudavəng məbədinə ziyarətini təşkil edib.
SəhərAzəri-nin Moderator.az saytına istinadən verdiyi məlumata görə, bu haqda məlumatı Rusiya Müdafiə Nazirliyi gecə saatlarında işini bərpa etmiş rəsmi saytının “sülhməramlı”lara aid bölməsində 10 may 2022-ci il tarixinə dair bülletendə yayıb.
Moderatorş.az bildirir ki, həmin xəbərin Rusiya MN-in saytına yerləşdirildikdən az sonra sayta giriş məhdudlaşdırılıb.
Sözügedən məlumatda belə deyilir: “....45 zəvvarın Dadivank(Xudavəng-S.L.) monastırına ziyarəti təmin edilib”
Deyilir ki, aprelin 17-də ermənilərin Pasxa bayramı günündə də rusiyalı sülhməramlılar 30 erməninin Xudavəng məbədinə ziyarətini təşkil
10 noyabr 2020-ci il razılaşmasına əsasən Xudavəng məbədinin girişində Rusiya hərbçilərinin postu yerləşdirilib. 2020-ci ilin dekabrında Azərbaycan tərəfindən Alban-udin xristian provaslav icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırına vaiz təyin olunsa da və həmin icma nümayəndələri həmin məbədi bir neçə dəfə ziyarət etsə də, erməni keşişləri daim orada qalmaqda davam edir. Lakin 2021-ci ilin mayından Azərbaycan ordusu erməni zəvvarların bu qədim məbədə ziyarətinə qadağa qoyub. Həmin vaxta qədər ermənilər Rusiya sülhməramlılarının müşayiəti ilə məbədi ziyarət ediblər.