May 22, 2022 11:49 Asia/Baku
  • Zərdüşt Əlizadə: Moskva qəyyum olmağa çalışır

Azərbaycanlı politoloq Etmənistanla sülh prosesinin uzanmasına görə Rusiyanı günahlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Zərdüşt Əlizadə “AzPolitika.info” portal ilə müsahibədə deyib: “Moskvada Paşinyana müəyyən təsirlər olur. Ermənistan özü dövlət kimi, hakimiyyəti isə hökumət kimi Rusiyadan çox asılıdır. Ermənistan müstəqil deyil və müstəqil siyasət həyata keçirmir.”

Politoloq Rusiyanın davranışının Azərbaycana sərf etmədiyini vurğulayaraq qeyd edib: “Rusiya çalışır ki, gələcəkdə hər hansı razılaşmada onun siyasi mexanizmləri nəzərdə tutulsun. Rusiya zamin olsun, qəyyumluq etsin və s. Azərbaycan isə bunu istəmir, istəyir ki, ikitərəfli sülh sazişi imzalasın və aramızdakı bütün mübahisəli məsələlər bu sənəddə həllini tapsın. Rusiya isə bunu istəmir. Ona görə Ermənistana deyir ki, sülhdən, razılaşmadan yayın, məsələni uzat.”

Qarabağ məsələsində siyasi oyunbazlıq baş verdiyini xatırladan politoloq sonra deyib: “Zaman Rusiyanın əleyhinə işləyir. Çünki Rusiya son 30 ildə güclənməyib, zəifləmək istiqamətində gedib. Ələlxüsus sənayesi, elmi, texnologiyası, maliyyəsi, hərbisi və cəmiyyəti. Bütün istiqamətlərdə zəifləməyə doğru gedib. İkinci tərəf olan Ermənistan da uduzan tərəfdir və uduza-uduza gedir. Deməli, məsələni uzatmaq əslində onun da xeyrinə deyil.”

Teqlər