Amerikanın Cənubi Qafqazla bağlı təhlükəli planları
Bayden Azərbaycanı təhdid edib? - TƏHLİL
ABŞ Azərbaycan Respublikasından gözlədiyi cavabı almazsa, müxalif qrupları hökumətə qarşı qızışdıracağına və onları dəstəkləyəcəyinə eyhum vururb.
SəhərAzəri-nin məlumatına əsasən, Təsnim Xəbər Agentliyi ABŞ prezidenti Co Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının dövlət başçısına göndərdiyi məktubu təhlil edib.
ABŞ prezidenti qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir.
Əslində ABŞ Azərbaycan Respublikasına xəbərdarlıq edir ki, Rusiya heç bir oyun qaydasını tanımır və sabah Azərbaycanın müstəqilliyinə və suverenliyinə problem yarana bilər. Yəni əgər ABŞ-ın yanında olsanız, sizi Rusiyadan qoruyacağıq, əks halda biz Azərbaycanın yanında ola bilmərik.
Baydenin bu açıqlaması elə bir haldadır ki, Birləşmiş Ştatların Azərbaycana heç vaxt simpatiyası olmayıb və ölkənin suverenliyinə təhdid yaranan zaman 907-ci düzəlişlə onun suveren hüquqlarını zərbə altında qoydu.
Baydenin məktubunda sonra qeyd olunur ki, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır.
ABŞ prezidenti həmçinin Azərbaycanı Mərkəzi Asiyanın Xəzəryanı ölkələri ilə birlikdə Avropaya enerji ixracında əsas tərəfdaş adlandırmaqla əslində Rusiyanı Avropa neft-qaz bazarından çıxarmaq niyyətini ortaya qoyub, Xəzər hövzəsinin enerji resurslarından istifadə etməyə çağırıb.
İkincisi, Bayden eyham vurur ki, bu regionlardan enerji ehtiyatlarını Avropaya ötürmək üçün Rusiya təkcə Qafqazdan deyil, həm də Mərkəzi Asiyadan çıxmalıdır və Amerika prezidenti bunun əsas şərtlərdən biri kimi Azərbaycan Respublikasının Ermənistanla birbaşa Rusiyasız dil tapmasını və bölgədə Kremlin vasitəçiliyinə son qoyulmasını tövsiyə edib.
Baydenin məktubunda təşviq və tələblərlə yanaşı təhdidlər də gözə çarpır. O yazır: “Biz Azərbaycanı demokratik idarəçilik və bütün azərbaycanlıların əsas hüquq və azadlıqlarını qoruyan islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa çağırırıq”.
Bu mesaj ABŞ-ın Azərbaycan Respublikasından gözlənilən cavabı almadığı təqdirdə müxalif qrupları hökumətə qarşı qızışdıracağına və onları dəstəkləyəcəyinə dair ciddi bir təhdiddir.
Bir sözlə, məktubda təşviq və təkliflə yanaşı təhdid də var.