Rusiyalı keçmiş rəsminin Bakıda ölümü araşdırılır
https://azeri.sahartv.ir/news/azərbaycan-i390316-rusiyalı_keçmiş_rəsminin_bakıda_ölümü_araşdırılır
Rusiyanın sabiq dövlət katibi və Baş nazirin birinci müavini olmuş Gennadi Burbulisin Bakıda oteldə meytinin tapılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 20, 2022 08:35 Asia/Baku
  • Rusiyalı keçmiş rəsminin Bakıda ölümü araşdırılır

Rusiyanın sabiq dövlət katibi və Baş nazirin birinci müavini olmuş Gennadi Burbulisin Bakıda oteldə meytinin tapılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən bildiriblər ki,hazırda araşdırmalar davam etdirilir.

77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı oteldə vəfat edib.

G.Burbulis 1945-ci ildə avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.