İyun 28, 2022 11:33 Asia/Baku
  • Rusiyalı həmsədr amerikalı həmkarının müzakirə təklifini qəbul etməyib

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Qarabağla bağlı müzakirənin keçirilməsinə dair amerikalı həmkarının təklifini qəbul etməyib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə ABŞ dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun tvitter hesabında məlumat verilib.

Qeyd olunub ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Qarabağın gələcəyini müzakirə etmək üçün danışıb. Lakin rusiyalı həmsədr dəvəti qəbul etməyib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib ki, Minsk Qrupu fəaliyyətini dayandırıb və bunun təşəbbüskarı ABŞ-la Fransa olub.

Teqlər