İyul 02, 2022 14:09 Asia/Baku
  • Almaniya polisi azərbaycanlı qatilin axtarışında

Almaniyada qətlə hadisəsi törədərək qaçan azərbaycanlı axtarışa verilib.

SəhərAzəri-nin məlumatına əsasən,hadisə iyunun 18-nə keçən gecə Kalletal şəhərində qeydə alınıb.

36 yaşlı Azərbaycan vətəndaşı Elçin Ağayevin 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirdiyi, daha sonra isə həmin şəxslə birlikdə yaşayan keçmiş sevgilisinə təcavüz etdiyi bildirilir.

Hətta Bielefeld şəhər polisi cinayəti törətməkdə şübhəli bilinən E.Ağayevin tapılmasında kömək edənlər üçün 5 min avro dəyərində pul mükafatı da ayırıb.

E.Ağayevin axtarışlarına helikopterlər də cəlb edilib.

İyunun 27-də E.Ağayevin axtarışda olduğu rayonda 75 yaşlı qadının meyiti tapılıb. Hazırda polis bu cinayətdə də şübhəlinin əlinin olub-olmamasını araşdırır.

E.Ağayevin yük avtomobili vasitəsilə qaçdığı ilə bağlı polisdə şübhələr yarandığından qonşu ölkələrin hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Avropa Polisinin məlumat bazasında isə E.Ağayev "olduqca təhlükəli və silahlı" kimi qeyd olunub.

Teqlər