İyul 06, 2022 14:28 Asia/Baku
  • Azər Ayxanın istefası ilə bağlı Yeni Müsavatdan açıqlama

"Yeni Müsavat" Media Qrupunun rəhbərliyi qrupa daxil olan "Yeni Müsavat" qəzetinin baş redaktoru, əməkdar jurnalist Azər Ayxanın media qrupdan ayrılması barədə açıqlama verib.

Vaxtı ilə Müsavat Partiyasının mətbuaq orqanı olan "Yeni Müsavat" media müəssisəsinin baş direktoru Ələsgər Süleymanovun imzası ilə yayılmış açıqlamada yaranmış fikir ayrılıqlarının həll olacağı ümidi öz əksini tapır: “Müəyyən məsələlərdə fikir ayrılığı, fərqli baxışların olması normal haldır və bunlar danışıqlar vasitəsilə ümumi ortaq fikrə gəlinməsinə, nəticədə ən doğru qərarların qəbul olunmasına xidmət etməlidir”,- Ələsgər Süleymanov bildirib.

Media qrupunun rəhbəri hələ Azər Ayxanın qrupa qayıdacağına ümidvar olduğunu da dilə gətirib:

"Yeni Müsavat" Media Qrupunun kollektivi hələ də ümud edir ki, irəliləyən zamanlarda bu məsələ müsbət həllini tapacaq, Azər Ayxan bir müddət sonra da olsa, qəzetə geri dönəcək”- məktubda deyilir.

Fikir ayrılıqlarının nə ilə bağlı olduğuna aydınlıq gətirməyən media qrupun rəhbəri bildirib ki, məsələ ilə bağlı bütün cəhdlər nəticə verməyənə qədər Media Qrupdan rəsmi açıqlama olmayacaq.

Qeyd edək ki, Azər Ayxan az öncə sosial şəbəkə hesabından "Yeni Müsavat"ın baş redaktorluğundan istefa verdiyini açıqlayıb.

Qardaşı Rauf Arifoğlu ilə birlikdə 1992-ci ildən 2016-cı ilədək Musavat Partiyasının  üzvü kimi fəaliyyət göstərmiş Azər Ayxan 2016-cı ildə partiyanın rəhbəri Arif Hacılının onun qardaşını təhqir etməsindən sonra partiyanı tərk etdi. Bu gün "Yeni Müsavat" Media Qrupu tamamiylə iqtidarın mövqelərini təmsil edir.

Teqlər