İyul 06, 2022 18:04 Asia/Baku
  • Elektrik şəbəkələrinin birləşdirilməsi İran və Azərbaycanın ən mühüm əməkdaşlıq proqramlarından biridir

İran İslam Respublikasının energetika naziri İranın elektrik şəbəkəsinin imkanlarına toxunaraq, bildirib ki, İran və Azərbaycanın elektrik şəbəkələrinin sinxronlaşdırılması iki ölkənin ən mühüm əməkdaşlıq proqramlarından biridir.

SəhərAzəri-nin məlumatına əsasən, İranın energetika naziri Əli Əkbər Mehrabian Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə deyib: "Elektrik şəbəkələrinin sinxronlaşdırılması iki ölkənin elektrik enerjisi sahəsində əməkdaşlıq imkanlarından maksimum istifadə etməyə imkan verir".

O, əlavə edib: "Azərbaycanın elektrik enerjisinin İran üzərindən Türkiyə və Avropaya ötürülməsi, eləcədə İran və Rusiyanın elektrik şəbəkələrinin sinxronlaşdırılması bu əməkdaşlığın nəticəsi ola bilər".

Mehrabian, həmçinin deyib: "Qərblilər bu təsiri əhəmiyyətsiz göstərməyə çalışırlar, halbuki regionda bu enerji inkişafları çox təsirlidir və uzunmüddətli olacaq".

"İran, Rusiya və Azərbaycan Respublikasının elektrik şəbəkələrinin birləşdirilməsi ilə bağlı razılaşma tədqiq olunur, İran və Türkiyə arasında çox yaxşı xətlər yaradılıb və bu ölkə ilə çox yaxşı mübadilələrimiz olub və onun vasitəsilə biz Avropanın elektrik şəbəkəsinə qoşulmuşuq", - deyə iranlı nazir bildirib.

Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev də öz növbəsində iki ölkə prezidentləri arasında keçirilən görüşə toxunaraq, tərəflər arasında əlaqələrin inkişafının vacibliyini vurğulayıb və əlavə edib" "Son vaxtlar bu istiqamətdə İrana səfərlər edilib və iki ölkə arasında münasibətlər əvvəlki aylarla müqayisədə genişlənib".

O qeyd edib ki, su və elektrik enerjisi sahəsində əməkdaşlıq ölkəsi üçün çox vacibdir və Azərbaycan Respublikası bu əlaqələrin inkişafının vacibliyini vurğulayır.

Teqlər