“Türk” ölkəsindən Azərbaycana qarşı təxribat
Qırğızıstanda fəaliyyət göstərən Kino evində Azərbaycana qarşı təxribata yol verilib. Kyrgyzcinema.com saytında Bişkekdə fəaliyyət göstərən kino evində iyulun 8-də “Si Le Vent Tombe” (“Əgər külək əsərsə”) filminin nümayiş olunacağı anons edilib.
SəhərAzəri-nin məlumatına əsasən,ermənilər tərəfindən çəkilən sözügedən filmdə isə hadisələr Azərbaycanın bir vaxtlar işğal altında olan torpaqlarında cərəyan edir. Film bütövlükdə Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik hislərinin təbliğinə xidmət edir.
Azərbaycana qarşı təxribat xarakterli nümayişin “Alliance Francaise Bishkek” tərəfindən təşkil olunduğu qeyd edilir.
Qeyd edək ki, Qırğızıstan və Azərbaycan Respublikası Türk Dövlətləri Təşkilatına üzvdürlər. Vaxtı ilə Azərbaycan Respubliaksı prezidenti İlham Əliyev 44 günlük müharibədə bu təşkilatın digər bir üzvünün Ermənistana silah nəqliyyatındakı rolundan xəbər vermişdi.