"Tərtər işi"ndə işgəncə faktlarını ifşa edən
KİM TV-nin redaktoru 1 il azadlıqdan məhrum edilib +VİDEO
İyulun 13-də Bakının Yasamal rayon Məhkəməsin "Tərtər işi" üzrə araşdırma aparan, KİM TV-nin redaktoru Abid Qafarovu 1 il azadlıqdan məhrum edilib. Bu barədə vəkil Elçin Sadıqov bildirib. O məhkəmənin qərarını əsassız adlandırıb.
Məhkəmənin binasının qarşısına blogeri müdafiə edən çoxsaylı insan, o cümlədən Tərtər hadisələri ilə bağlı işgəncələrə məruz qalan, həbsdə olan, işgəncə ilə öldürülən şəxslərin yaxınları toplaşıb. Məhkəmə binasının qarşısına çoxsaylı polis cəlb edilib.
Hakim Qafarova və müdafiə tərəfinə son sözlə çıxış etməyə imkan verməyib.
Məhkəmə qərarından sonra Abid Qafarova dəstək məqsədilə məhkəmə qarşısına toplaşan şəxslər etiraz aksiyasını keçirib. Onlar "Azadlıq!", "Hakimə ar olsun!", "İstefa" şuarları səsləndirib. Aksiya insidentsiz başa çatdı.
Abid Qafarov qarşı İkinci Qarabağ müharibəsi veteranlarından 3 nəfərin iddia qaldırdığı deyilir. Güya Abid Qafarov internetdəki çıxışında onları təhqir edib və böhtan atıb.
Qafarov ittihamı hüquqi cəhətdən əsassız hesab edir, belə ki, o, şəxsən heç kimin adını çəkməyib.
Hüquq müdafiəçiləri də Qafarova qarşı ittihamın əsassız olduğunu hesab edirlər. Onların fikrincə, Qafarova qarşı təzyiq onun "Tərtər işi"ndə işgəncə faktlarını ifşa etməsi ilə bağlıdır.