RİH-lərin buraxılması vaxtı gəlib çatıbmı?
Son vaxtlar icra hakimiyyətləri ilə bağlı neqativlər çoxalır. Yerli idarəetmə qurumlarının vətəndaşlara laqeydliyi, vəzifə öhdəliklərinə biganəlikləri artıq icra hakimiyyətlərini səlahiyyətsiz və lazımsız quruma çevirib.
SəhərAzəri-nin məlumatına əsasən,Vətəndaşlara qənim kəsilən icra başçılarından şikayətlərin ardı-arası kəsilmir. Onların vətəndaşlarla görüşlərinə belə xüsusi seçilmiş adamlar buraxılır. İcra hakimiyyətləri vətəndaşa özünə qəsd etməkdən başqa çıxış yolu qoymurlar. Bir sözlə, icra hakimiyyəti institutu özünü doğrultmur.
2 ay əvvəl Azərbaycan Respublikası prezidenti İlham Əliyev də bu institutun özünü doğrultmadığını və fəaliyyətinə xitam verilməli olduğunu bəyan etmişdi. İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı söyləmişdi ki, yeni idarəçilik modeli sınaqdan keçirilir.
Son neqativlərdən sonra sözügedən məsələ daha da aktullaşıb.
Millət vəkili Fəzail Ağamalı KİV-ə verdiyi müsahibədə bildirib ki, icra hakimiyyətlərinin ləğvindən çox onların daha çevik və səlahiyyətli quruma çevrilməsi vacibdir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə KİV-ə verdiyi müsahibədə bildirdi ki, İcra hakimiyyətlərinin ləğvi prosesi o qədər də asan deyil. Yəni bu, çox ciddi şəkildə təhlil olunmalıdır. Yeni yaradılan qurumun fəaliyyəti daha səmərəli və daha effektiv formada təşkil olunmalıdır.
qoyduğumuz məqsədlərə nail ola bilməyəcəyik. Hər kəs bilsin ki, dövlət bütün prosesləri təhlil edir. Hazırda biz yeni islahatlar mərhələsinə qədəm qoymuşuq. Bütün strukturların rəhbər heyətinin fəaliyyəti araşdırılır. Tezliklə, lazım olduğu məqama gəldikcə, müvafiq qərarlar qəbul ediləcək və hər kəsə də məlumat veriləcək. Bütün strukturlar maksimum diqqətli olmalı, maksimum çalışmalıdır ki, onlara göstərilən etimadı doğrultsunlar. Ən önəmli məsələlərdən biri kadr seçimidir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, Azərbaycanda icra hakimiyyəti institutlarının ləğvinin zamanı çoxdan yetişib: “Çünki problem sistemdədir. Sistemin özünü dəyişmədən-yeni idarəetmə formasına keçmədən kadrları dəyişmək yolu ilə bu sahədə ciddi dönüş yaratmaq mümkün deyil. Əhalinin də regionlarda narazılığının əsas səbəbi məhz bu icra hakimiyyəti institutlarının fəaliyyətinin yararsız və yetərsiz olmasıdır. Bunun üçün konstitusiya islahatına da ehtiyac var. Yerli özünüidarəetmə institutlarının güclənməsi, seçkili orqanların vəzifələrinin və səlahiyyətlərinin artırılmasına da ehtiyac var. Bunun da zamanı çoxdan yetişib. Ayrı-ayrı rayonların icra hakimiyyətlərinin mövcudiyyətinə ehtiyac yoxdur”.