RİH-lərinin cinayətləri davam edir
Növbəti məmur harınlığı uşağı döyməkdə özünü göstərib
Azərbaycan Respublikası sosial şəbəkələrində və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb.
SəhərAzəri-nin məlumatına əsasən,hələ Sabırabadda Qarabağ qazisinin İcra başçısının əlindən intihar etməsindən bir neçə gün keçməmiş Lənkəranda İcra başçısının müavini tərəfindən yeniyetmə qızın ölümünə döyülməsi cəmiyyətdə xüsusiylə lənkəranlılar arasında böyük qəzəb doğurub.
Azərbaycan Respublikasında ümumi fikrin RİH-lərin məmurlarının xalqa qul münasibətindən son dərəcə hiddətlənməsini nəzərə alaraq Azərbaycan Respublikası Baş Prokurorluğu hadisəyə münasibət bildirməli olub.
Baş Prokurorluğun Lənkəranda məktəbli qızın vəzifəli adamlar tərəfindən döyülməsi barədə verdiyi açıqlamada bildirilir ki,faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib. Baş Prokurorluq ümumi fikrin araşdırmaların gedişatı ilə bağlı daha ətraflı məlumatlandırılacağını bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də hadisə ilə bağlı açıqlama verib. Açıqlamada deyilir ki, bu kömitə tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlanılıb və uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində işlərin görülməsinə dair müvafiq tövsiyələr verilib.
Həmçinin hadisənin hərtərəfli araşdırılması məqsədilə aidiyyəti orqanlara 15 iyul 2022 ci il tarixli rəsmi məktublar da ünvanlanıb.
Müvafiq söhbətlər və psixoloyi qiymətləndirmənin aparılması məqsədilə yetkinlik yaşına çatmayan uşaq valideynləri ilə birlikdə 18 iyul 2022 ci il tarixdə Dövlət Komitəsinə dəvət edilib.