İyul 21, 2022 11:20 Asia/Baku
  • Seyid A.Musəvi: Heç vaxt qırmızı xəttimizi keçməyin!

İsrail rejiminin Azərbaycandakı səfirinin Təbriz şəhəri ilə bağlı paylaşımına İran İslam Respublikasının səfiri sərt reaksiya göstərib.

SəhərAzəri-nin məlumatına əsasən, səfir Seyid Abbas Musəvi öz tvitter paylaşımında yazıb: “Bu macəraçı oğlanın məlumatı üçün: Bizim sevimli Təbriz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Heç vaxt qırmızı xəttimizi keçməyin!”.

Xatırladaq ki, sionis İsrailin Azərbaycandakı səfiri Corc Dik Təbrizdə Azərbaycan tarixi və mədəniyyətini öyrənməsilə ilə bağlı paylaşım etmiş və yazmışdı: “Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?”

Sionist səfir bundan əvvəl də İrana qarşı provokasiya ilə məşğul olub və fəaliyyət göstərdiyi ölkə ilə İran İslam Respublikası arasında təfriqə salmağa çalışıb.

İyunun 29-da Aşqabadda Xəzəryan ölkələrin dövlət başçılarının sammiti çərçivəsində azərbaycanlı həmkarı ilə görüşən İran prezidenti Seyid İbrahim Rəisi işğalçı İsrail rejiminin bölgədə mövcudluğunun gərginlik amili olduğunu və bölgənin təhlükəsizliyinə heç bir fayda vermədiyini vurğulamışdı.

Teqlər