İyul 21, 2022 11:37 Asia/Baku
  • Bakıda keçirilən aksiya polis tərəfindən dağıdılıb

İyulun 20-də polis Bakıda Nazirlər Kabinetinin binası qarşısında ölkənin quru sərhədlərinin açılması tələbi ilə keçirilən etiraz aksiyasını dağıdıb.

SəhərAzəri-nin məlumatına əsasən, “Turan” agentliyi bildirir ki, polis əməkdaşları etirazçıları saxlayaraq, gətirilən avtobuslara mindirib. Saxlanılanlar arasında qadınlar, yaşlılar və müharibə veteranları da olub.

Nazirlər Kabinetinin binasından uzaqlaşdırılan 40-50 nəfər aksiyanı davam etdirib, şüarlar və sərhədin açılması haqqında çağırışlar səsləndirib. Eyni zamanda onlar “İstefa!” şüarı səsləndiriblər.

Xatırladaq ki, bu il iyulun 1-dən ölkə hakimiyyəti Türkiyə və İranla quru sərhədlərini bağlayıb. Buna qədər 2020-ci ilin martından Rusiya və Gürcüstanla quru sərhədləri bağlı idi.

Teqlər