İyul 25, 2022 11:20 Asia/Baku
  • Musəvi: Azərbaycan ərazisi İrana qarşı intriqa yeri deyil

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri israilli diplomata xəbərdarlıq edib ki, İran və Azərbaycan xalqları arasında könül və məhəbbət bağları var və onları din, mədəniyyət və ortaq tarix amili birləşdirib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Abbas Musəvi İRİB xəbər agentliyinə müsahibəsində İran və Azərbaycan Respublikası arasındakı münasibətlərə qarşı son zamanlar baş verən fitnələrə işarə edərək deyib: “Hamımız bilirik ki, bəzi rejimlər və dövlətlər, istər regionda olsun, istərsə də regiondan kənarda, qonşular xüsusilə İran və Azərbaycan Respublikası arasında isti və qardaşlıq münasibətlərinin əleyhinədirlər. Onlar öz maraqlarını iki qardaş və müsəlman qonşular arasında davamlı gərginlikdə görürlər.”

Onun sözlərinə görə, xoşbəxtlikdən bu sayıqlıq iki ölkənin yüksək rütbəli rəsmiləri arasında həmişə olub və onlar vaxtında hərəkətə keçməyə və intriqaların qarşısını almağa çalışıblar. İran və Azərbaycan xalqları arasında dərin könül əlaqələri var və onları din, mədəniyyət və ortaq tarix amili birləşdirib. Bu mövzular bəziləri, o cümlədən sionist rejimin agentləri üçün xoş deyil. İran və Azərbaycan həmişə bir-birinin ərazi bütövlüyünə və milli suverenliyinə hörmət ediblər.

Seyid Abbas Musəvi son aylarda iki ölkə arasında əlaqələrin inkişafına toxunaraq deyib: “Son iki ay ərzində biz iki ölkə arasında müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin möhkəmləndirilməsi məqsədilə 12-dən çox yüksək səviyyəli nümayəndə heyətinin səfərlərinin şahidi olduq. Hərbi və təhlükəsizlik məsələləri üzrə nümayəndələr görüşdülər. Bu fəaliyyətlərdən sonra hansısa üçüncü tərəfin təxribatını gözləyirdik. Amma iki ölkə yüksək siyasi qərara malikdir.”

O, sionist səfirin Bakıdakı fitnəkar tvitlərinə toxunaraq əlavə edib: “Sionist səfir də uşaqdır və uşaq işlərinə əl atır, lakin o, bilməlidir ki, harada fitnə və təfriqə yayır. Azərbaycan Respublikasının ərazisi İrana qarşı belə cılız hərəkətlərin yeri deyil. Buna mən əminəm. Bu məsələ rejimin səfirinə dəfələrlə çatdırılıb və yenə də onun diqqətinə çatdırılacaq.”

Teqlər