RS-nın nəzarətində olan ərazilərdən hücumlar daha da artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i391846-rs_nın_nəzarətində_olan_ərazilərdən_hücumlar_daha_da_artıb
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikası ordusunun mövqeləri ümumilikdə 12 dəfə atəşə tutulub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 05, 2022 07:36 Asia/Baku
  • RS-nın nəzarətində olan ərazilərdən hücumlar daha da artıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikası ordusunun mövqeləri ümumilikdə 12 dəfə atəşə tutulub.

SəhərAzəri-nin məlumatına əsasən, MN bildirib ki, atəş açılması hallarından 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinə qarşı baş verib.
Məlumatda deyilir ki, digər 9 hadisə isə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.
Azərbaycan Respublikası ordusunun şəxsi heyət və texnikasında itkinin olmadığı vurğulanır.