Avq 13, 2022 14:36 Asia/Baku
  • Azərbaycan Respublikası ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Ötən sutka ərzində bu ölkə ordusunun mövqeləri erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 8 dəfə atəşə tutulub.

SəhərAzəri-nin məlumatına əsasən, bunlardan 7-si Azərbaycan-Ermənistan dövlət sərhədi ərazisində 1 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən qeydə alınıb.

Məlumatda Azərbaycan Respublikası ordusunun şəxsi heyət və texnikasında itki olmadığı bildirilir.

Məlumatda o da qeyd olunur ki, silahlı insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Qeyd edək ki, son vaxtlar qarabağdakı silahlı separatçılar tərəfindən bir Azərbaycan əsgərinin şəhid edilməsindən sonra Azərbaycan Respublikası ordusu separatçı hərbi birləşmələrə qarşı əməliyyat həyata keçirdi. Azərbaycanın “qisas” adlandırdığı bu əməliyyat Rusiya və Avropa tərəfindən qınandı.

Teqlər