İranın hərbi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdədir
https://azeri.sahartv.ir/news/azərbaycan-i392231-İranın_hərbi_nümayəndə_heyəti_işğaldan_azad_edilmiş_ərazilərdədir
İranın hərbi mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2022 06:42 Asia/Baku
  • İranın hərbi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdədir

İranın hərbi mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə səfər edib.

SəhərAzəri-nin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, iranlı hərbi mütəxəssislərin  Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təşkil olunub.

Məlumatda deyilir ki, çərşənbə axşamı İranın Bakıdakı səfirliyinin əməkdaşlarının da daxil olduğu nümayəndə heyətinin üzvləri Bərdə və Tərtərdə olublar. Orada İkinci Qarabağ Müharibəsi zamanı bu şəhərlərin bombalanmasının nəticələrilə tanış olublar.

İran nümayəndə heyətinin səfəri avqustun 20-dək davam edəcək.