Azərbaycan snayperləri İranda yarışmanı davam etdirir
Avq 17, 2022 07:37 Asia/Baku
İranın Yəzd vilayətində “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları davam edir.
SəhərAzəri-nin Azərbaycan Respublikasının Müdafiən Nazirliyinə istinadla verdiyi məlumata görə, İranın Yəzd vilayətində “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində plana uyğun birinci mərhələnin ilk çalışması icra edilib.
Məlumatda deyilir ki, Atışlar zamanı bütün təhlükəsizlik qaydalarına ciddi riayət olunub.
azərbaycanlı snayperlər təyin olunmuş vaxt ərzində 300-600 metr məsafədə yerləşən üç hədəfə atəş açmaq üzrə çalışmanı bacarıqla yerinə yetiriblər.
Qeyd edək ki, "Snayper həddi" müsabiqəsində İran, Rusiya, Çin Azərbaycan, Belarus, Özbəkistan və Zimbabveni təmsil edən komandalar iştirak edir.
Teqlər