“Beynəlxalq Ordu Oyunları-2022” yarışları davam edir
Avq 18, 2022 05:34 Asia/Baku
İran İslam Respublikasının Yəzd vilayətində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları davam edir. Yarışlar çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində müxtəlif epizodlar icra olunur.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bildirdiyinə görə Azərbaycan snayperləri birinci mərhələnin daha iki çalışmasını uğurla yerinə yetiriblər.
Hərbi qulluqçular müxtəlif mövqelərdən 300-600 metr məsafədə yerləşən xüsusi hədəfləri məhv etməklə öz ustalıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, "Snayper həddi" müsabiqəsində İran, Rusiya, Çin Azərbaycan, Belarus, Özbəkistan və Zimbabveni təmsil edən komandalar iştirak edir.
Teqlər