Avq 18, 2022 16:13 Asia/Baku
  • Fövqəladə Hallar Nazirliyinin polkovniki saxlanılıb

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir sıra əməkdaşlarının intim xarakterli video və fotolarını yaymaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə avqustun 18-də Baş Prokurorluğun mətbuat xidməti bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının intim görüntülərinin bəzi media, sosial şəbəkələrdə yayılması ilə bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis köməkçisi, polkovnik  Zaur Mirzəyev xidməti kompüterində gizli çəkiliş üçün kamera quraşdırıb.

2013-2019-cu illərdə o, qadın əməkdaşların xidməti və digər asılılığından istifadə edərək onlarla cinsi əlaqəyə girib, bunun video və fotoçəkilişini edib. Bu 2022-ci ilin avqustunda İnternetdə pornomaterialların yayılmasına səbəb olub.

Faktla bağlı cinayət işi başlayıb.

Avqustun 17-də Zaur Mirzəyev şübhəli şəxs qismində saxlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bəzi sosial şəbəkə istifadəçiləri Fövqəladə Hallar Nazirliyinin rəhbəri Kəmaləddin Heydərovun daima şübhəli yanğınlarla gündəmdə qalmaq istədiyini iddia edərək bu dəfə idarə etdiyi nazirlikdə əxlaqsızlıq halları ilə gündəmə gəlmiş olduğunu deyirlər.

 

Teqlər