Avq 20, 2022 12:23 Asia/Baku
  •  İran hərbi nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib 

İran İslam Respublikasının hərbi nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanda səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyi bildirir ki, qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları önünə gül dəstələri düzüblər, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

İranlı hərbçilər ötən gün işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarında olmuşlar. 

Teqlər