Sen 03, 2022 11:33 Asia/Baku
  • SOCAR prezidenti 13 min manat maaş alır!

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-da rəhbər vəzifəsində çalışan şəxsların maaşlarının yuxarı olması çoxlarını təəccübləndirir.

SəhərAzəri Turan İnformasiya Agentliyinə istinadən xəbər verir ki, SOCAR prezidenti Rövşən Nəcəfin şirkətin idarəetmə və rəhbər vəzifəli şəxslərinin əmək haqlarına əlavələrin verilməsi barədə 19 avqust 2022-ci il tarixli əmrinə əsasən SOCAR prezidentinin aylıq əməkhaqqının yuxarı həddi 13.008 manat, birinci vitse-prezidentin əmək haqqının yuxarı həddi 12.360 manat, vitse prezidentlərin əmək haqlarının yuxarı hədləri 10 min manatdan 12 min manatadək, departament rəhbərləri və onların müavinləri 6 min manatdan 11.500 manatadək, aparıcı mütəxxəsislərin əmək haqları 3.500-dən 4.100 manatadəkdir. Baş direktorlar, onların müavinləri, baş mühəndislər və digərlərinin aylıq əmək haqları 2.500 manatdan 9.050 manatadək hesablanır.

 

 

SOCAR hələ bu məlumatlara şərh verməyib. 

Teqlər