İranın yol və şəhərsalma naziri Bakıya gedib
Sen 08, 2022 15:10 Asia/Baku
İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana səfər edib.
Azərbaycan Respublikası mediyalarının İranın Bakıdakı səfirinə istinadla verdikləri Məlumata görə , səfər çərçivəsində Rüstəm Qasimi Rusiya və Azərbaycanın müvafiq qurumlarının rəhbərləri ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində aparılan işləri, o cümlədən Rəşt-Astara dəmir yolunun tikilib başa çatdırılması məsələsini müzakirə edəcək.
Bununla yanaşı, iranlı nazir Azərbaycanın bəzi rəsmi şəxsləri ilə görüşəcək.
Teqlər