Sen 15, 2022 08:05 Asia/Baku
  • Rusiyanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyi məqsədəuyğundur

ABŞ Rusiyadan Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyi xahiş edib.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Dövlət Departamenti Rusiyadan Ermənistan və Azərbaycan respublikaları arasında gərginliyi azaltmaq üçün vasitəçilik tələbini təkrarlayıb.

Erməni mənbələri xəbər verirlər ki, Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun Ermənistan və Azərbaycan respublikalarında öz nüfuzundan istifadə edərək Rusiyadan Bakı ilə İrəvan arasında gərginliyi azaltmaq üçün addımlar atmasını xahiş edib.

Bəyanatının davamında Prays ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü ilə bağlı deyib: “Blinken Əliyevdən hərbi əməliyyatları dərhal dayandırmağı, hərbi qüvvələrini geri çəkməyi və Ermənistan Respublikası arasında qalan məsələləri Azərbaycandan sülh və danışıqlar yolu ilə yolu ilə həll etməyi istəyib”.

ABŞ dövlət katibi daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında hərbi münaqişələrdən narahat olduğunu bildirmiş və ABŞ-ın gərginliyin dərhal dayandırılması və sülhün təmin olunması üçün səy göstərəcəyini vurğulamışdı. Blinken həmçinin Moskvanın Azərbaycan və Ermənistan arasında vasitəçi olmasında maraqlı olduğunu bildirərək “Rusiya öz təsirindən istifadə edərək Ermənistanla Azərbaycan arasında zorakılığın dayandırılması və sülhün bərqərar olması üçün müsbət addım olar” deyib. 

Azərbaycanın Müdafiə Nazirliyi ölkənin son iki gündə münaqişədə 50 əsgər itirdiyini bildirib. Ermənistanın baş naziri də parlamentdə ölkənin son toqquşmalarda 105 əsgərini itirdiyini bəyan edib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistanın “təxribat hərəkətləri”nin cəsarətlə zərərsizləşdirildiyini bildirib və bu ölkə əsgərlərinin qisasının alınacağı ilə bağlı xəbərdarlıq edib.

Teqlər