Azərbaycanın itkilərinin sayı 77-ə çatıb
Sen 16, 2022 11:33 Asia/Baku
Azərbaycan münaqişədə son gərginlik zamanı həlak olanların siyahısını yeniləyib
SəhərAzəri-nin məlumatına əsasən,bu gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində baş verən son toqquşmalar zamanı həlak olanların sayına daha 6 nəfər əlavə edib.
Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi əlavə itkilər barədə heç bir məlumat dərc etmədən sadəcə yeni siyahini təqdim edib. Yeni siyahidə itkilərin ümumi sayı 77 nəfərə çatıb.
Həlak olanlar arasında 42 əsgər, iki kapitan, üç baş leytenant, səkkiz leytenant, dörd baş gizir, 10 gizir, dörd kiçik gizir, üç baş çavuş və bir kiçik çavuş var.
Teqlər