“DQR”-nin xarici işlər naziri ABŞ-da səfərdədir
Amerikalı konqresmen Azərbaycanın əleyhinə qətnamə hazırlayıb
Qondarma Dağlıq Qarabağ Respublikasının “xarici işlər naziri” Davit Babayanın ABŞ-a işgüzar səfəri başlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, sentyabrın 16-da David Babayan Ermənistan Respublikasının Vaşinqtondakı səfirliyində olub, səfirliyin əməkdaşları ilə görüşüb.
Regional hadisələr, separatçıların maraqlarının ABŞ-da təşviqi ilə bağlı məsələlər müzakirə edilib.
Həmin gün nazir Amerika Erməni Assambleyasının icraçı direktoru Brayan Arduni başda olmaqla, qurumun nümayəndələri ilə görüşüb.
Görüşdə qondarma rejimin ABŞ və Kanadadakı daimi nümayəndəsi Robert Avetisyan da iştirak edib.
Babayanın konqres üzvləri və Dövlət Departamentinin rəsmiləri ilə görüşü gözlənilir.
Bu arada ABŞ konqresinin nüfuzlu üzvü Frank Fallone Azərbaycanın – onun ifadəsilə desək - son hücumunu pisləyən qətnamə hazırladığını bildirib.
“Qətnamədə Azərbaycana bütün yardımların dərhal dayandırılması tələb olunur və Nümayəndələr Palatasının Ermənistana dəstəyi bir daha təsdiqlənir. Əliyevin aqressiyasının qəbuledilməz olduğuna dair güclü mesaj verməliyik”,- deyə konqresmen qeyd edib.