Sen 20, 2022 12:19 Asia/Baku
  • Amerikalı qanunvericilər Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdilər

ABŞ Konqresində Qarabağın müstəqilliyinə həsr olunmuş tədbir keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, erməni mənbələri xəbər verirlər ki, qondarma rejimin xarici işlər naziri Davit Babayan və ABŞ Konqresinin Erməni Qrupunun üzvləri tədbirdə iştirak ediblər.

Məlumatda deyilir ki, Babayan həmin görüşdə qeyd edib: “Artsax heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Artsax xalqının üzləşdiyi soyqırım təhlükəsini aradan qaldırmaq və inkişaf edən demokratiyanı dəstəkləmək üçün birgə fəaliyyət göstərilməlidir.”

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, konqresmen Adam Şiff isə Azərbaycanı təcavüzkar dövlət adlandıraraq, ABŞ-ın bu ölkəyə bütün yardımı kəsməli olduğunu, sanksiyaların tətbiq edilməsini və hətta Azərbaycan liderlərinin guya müharibə cinayətlərinə görə mühakimə edilmələrini tələb edib.  

Kaliforniya ştatından konqresmen Cim Kosta da Azərbaycanın Ermənistana son hücumunu pisləyərək, Konqresi hazırda Azərbaycana göndərilən ABŞ yardımını nəzərdən keçirməyə çağırıb.

Qarabağın azadlığına Capitol Hill salamı mərasimində çıxış edən deputat Cudi Çu bir müddət əvvəl Qarabağda olmasını xatırladaraq, Azərbaycana hərbi yardımın sıfırlanmasının və separatçılara dəstəyin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Teqlər