Tehran Bakı ilə İrəvan arasında dialoq platforması yaratmağa hazırdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i393553-tehran_bakı_ilə_İrəvan_arasında_dialoq_platforması_yaratmağa_hazırdır
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovla görüşüb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 28, 2022 11:23 Asia/Baku
  •  Tehran Bakı ilə İrəvan arasında dialoq platforması yaratmağa hazırdır

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovla görüşüb.

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə,, görüşdə ikitərəfli münasibətlərdəki son durum, Qafqaz regionunda vəziyyət və İranın fundamental mövqeləri ətrafında fikir mübadiləsi aparılıb.

Abbas Musəvi beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyi və İranın regiondakı həyati və uzunmüddətli maraqlarına zidd olan geosiyasi dəyişikliklərə qarşı olması ilə bağlı Tehranın mövqeyini çatdırıb.

Səfir İranın davamlı sülh əldə etmək üçün şimal qonşularına kömək etməyə, eləcə də bunun üçün İranın Tehranda ikitərəfli, üçtərəfli görüşlər və “3+3” regional təşəbbüsünün keçirilməsinə hazır olduğunu bildirib.