Bakı polisi aksiyanın keçirilməsinə mane olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i393670-bakı_polisi_aksiyanın_keçirilməsinə_mane_olub
Azərbaycan Respublikasının daxili işlər nazirliyinin Bakıda aksiyanın keçirilməsinə qarşı çıxmasına rəğmən, əhalinin bir qrupu bu ölkənin milli məclisinin önündə öz etirazını şüar verməklə elan edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2022 17:44 Asia/Baku
  • Bakı polisi aksiyanın keçirilməsinə mane olub

Azərbaycan Respublikasının daxili işlər nazirliyinin Bakıda aksiyanın keçirilməsinə qarşı çıxmasına rəğmən, əhalinin bir qrupu bu ölkənin milli məclisinin önündə öz etirazını şüar verməklə elan edibdir.

Azərbaycan Respublikasının xalq cəbhəsi bir neçə gün bundan öncədən icazə istəsə də bu icazə ona verilmədi.

Siyasi məhbusların azad edilmələri, yeni partiyalar qanunu layihəsinə etiraz, azad seçkilərin keçirilməsi, hakimiyyət tərəfindən demokratik islahatların aparılmasına könüllü yanaşma və quru sərhədlərinin açılması etirazçıların tələblərindən elan olunubdur.

Bugünkü aksiya Azərbaycan Respublikası milli şurası və Azərbaycan Respublikasının xalq cəbhəsinin sədri Əli Kərimlinin çağırışı ilə keçirilmişdi.

Azərbaycan Respublikasının daxili işlər nazirliyi bir məlumatda milli məclisin binası önündə hər cür aksiyanın keçirilməsinin qanunsuz olduğunu bildirmişdi.

Pərakəndə şəkildə təxminən yüz nəfər olan etirazçılar "Azadlıq-milli hökumət istəyirik, siyasi məhbusları azad edin, partiyalar qanunu ləğv edilsin, hökumət istefa verməlidir, ədalət istəyirik və polis övladlarımızı düşmənçilik və xəyanətkarlıqda ittiham edir.

Polisin geniş iştirakı aksiya məkanına girişə mane olub və polis etirazçıarı həbs edibdir.

Hələ həbs olunanların sayı elan olunmayıbdır.

Azərbaycan Respublikasının daxili işlər nazirliyinin mətbuat xidmətinin sədri Zeyni Hüseynov bir bəyanatda qanun pozucularına etriraz etməklə şəxslərin yalan vədlərilə milli məclisin önünə toplaşmasınlar və əks halda, ictimai nizam-intizamı pozduqlarına görə, məsuliyyətə cəlb olunacaqlar.

Sosial şəbəkələr müxalif partiyaların üzvrlə və məsul şəxslərindən təqribən on beş nəfərin həbs olunduğunu bildiriblər.

BAKI POLİSİ MİLLİ MƏCLİSİN ÖNÜNDƏ AKSİYANI ƏNGƏLLƏYİB