Okt 05, 2022 15:17 Asia/Baku
  • Rusiyalı iş adamından sonra amerikalı iş adamı da Qarabağa gəldi

Rusiyalı erməni işa adamından sonra Amerikalı erməni iş adamı da rəsmi Bakının xəbəri olmadan Azərbaycan Respublikasının Xankəndi şəhərinə gəlib.

Azərbaycan Respublikasının Rusiyanın müvəqqəti(!) nəzarətində olan ərazisində 31 idlən çoxdur ki, faktiki fəəaliyyət göstərən separatçı rejimin başçısı Arayik Arutyunyan  ABŞ-dan gələrək Laçın dəhlizi vasitəsi ilə Rəsmi Bakının xəbəri olmadan Qarabağa daxil olmuş erməni mənşəli iş adamı Vardan Nazaeryanı qəbul edib.Bu haqda erməni mənbələri məlumat yayıb.

Xankəndində keçən görüş zamanı Arayik Qarabağdakı separatçı rejimə "daimi dəstəyinə və müxtəlif sosial proqramlarda fəal iştirakına görə xeyriyyəçiyə minnətdarlığını bildirib".  O, həmçinin vurğulayıb ki, Nazeryan  44 günlük "müharibədən sonrakı dövrdə mənzil tikintisi üçün xeyriyyə proqramını həyata keçirmək üçün ilk şəxsi təşəbbüslə çıxış edənlərdən biri olub".

Görüş zamanı  separatçı başçı "xeyriyyəçi"ni göstərdiyi xidmətlərə görə “Vaçaqan Barepaşt” medalı ilə təltif edib.

Erməni mənşəli Amerika iş adamı Vardan Nazeryan 2019-cu ilin sentyabrında da Xankəndinə gəlmişdi. Amerikan qonaq Separatçı rejimin o dövrkü başçısı Bako Saakyan tərəfindən "xidmətlərinə görə" "Minnnətdarlıq" medalı ilə təltif edilmişdi.

Xatırladaq ki, bu il sentyabrın əvvəllərindən Rusiya milyarderi Ruben Vardanyan da Qarabağda fəlaiyyətə başlayıb. Oktaybrın 4-də Arayik Arutyunyan ona "dövlət naziri" vəzifəsini təklif edib.

Teqlər