ABŞ Ermənistana dəstək oldu
Məşhur senator Azərbaycanın hərbi cinayət törətdiyni deyir
ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Azərbaycanın hərbi cinayətlərini pisləyib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Bob Menendez Azərbaycan Respublikasının hərbi cinayətlər törətdiyn iddia edərək bu dövləti pisləyib.
“Mən Azərbaycan əsgərlərinin silahsız ermənilərə qarşı törətdiyi edam və iddia olunan hərbi cinayətləri pisləyirəm. Biz Azərbaycanın Ermənistana qarşı son hücumu zamanı törətdiyi hər bir vəhşiliyə görə ədalətə nail olmalıyıq”,- deyə ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin sədri bildirib.
ABŞ-ın Ermənistandakı səfirliyi də bəyanat yayaraq qeyd edib ki, hər hansı bir vəhşilikdə günahkar olanlar məsuliyyətə cəlb olunmalıdır.
Azərbaycana qarşı kampaniya çərçivəsində yayılan bəyanatda deyilir: “Azərbaycan əsgərləri tərəfindən silahsız erməni hərbi əsirlərin edam edilməsi ilə bağlı son xəbərlər bizi dərindən narahat edir. Biz tam və qərəzsiz araşdırmaya çağırırıq”, – deyə səfirliyin cavabında deyilir.
ABŞ Səfirliyinin bəyanatında həmçinin bildirilir: “Keçən ayın hücumu zamanı əsir götürülənlərin, eləcə də bütün digər əsirlərin dərhal və qeyd-şərtsiz geri qaytarılması davamlı sülhün əldə edilməsi istiqamətində mühüm addımdır”.