Avropadan ədalətli qərar gözləmək olar?
Azərbaycan Respublikası Ermənistanın bu ölkəyə qarşı törətdiyi cinayətlərlə bağlı bütün materialları Avropa Məhkəməsinə təqdim edib
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.
Ali Məhkəmənin sədr müavini vurğulayıb ki, 2020-ci ilin oktyabrında Azərbaycan dövləti Avropa Məhkəməsinə dövlətlərarası şikayətlə müraciət edib:
“2021-ci ilin yanvar ayında Azərbaycan böyük bir dövlətlərarası şikayəti təqdim etmişdir. Həmin şikayətdə əlbəttə ki, Ermənistanın törətdiyi müharibə cinayətlərini təşkil edən əməllər təfərrüatlı olaraq əks etdirilib.
Azərbaycanlı rəsmi Avropa Məhkəməsinin ədalətli qərar qəbul edəcəyinə ümid etdiyini bildirməsinə rəğmən bu məhkəmə və onun mənsub olduğu xristian klubu ləqəbi ilə tanınan Avropa Birliyi son 30 il ərzində Azərbaycan Respublikasının ərazilərinin işğalına və bu ölkə xalqına qarşı törədilən cinayətlərə göz yummuşdur. Ancaq həmin birliyin qurumları və onun üzv ölkələri son günlər bir erməni əsirinə qarşı zorakılığı əks etdirən videoya dərhal reaksiya verdi və Azərbaycan Respublikası ordusunu cinayətkarlıqda ittihamlandırdı.