Azərbaycanda nə vaxt baş verəcək?
Tokayev Qazaxıstan prezidentinin səlahiyyətlərini məhdudlaşdırdı
Qazaxıstan lideri Kasım-Jomart Tokayev prezidentin bəzi səlahiyyətlərini azaldan və onun yaxın qohumlarının dövlət strukturlarında rəhbər vəzifə tutmasını qadağan edən 6 qanun imzalayıb.
Bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.
Qanunlar Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən Respublika referendumu nəticəsində qəbul edilib.
Qazaxıstanın ədliyyə naziri Kanat Musin qeyd edib ki, qanunda prezidentin Ali Məhkəmə Şurası və yerli icra hakimiyyəti orqanları ilə bağlı səlahiyyətlərini azaldan düzəlişlər var.
Bundan başqa, ölkə başçısı postunda qalma müddətinə də müəyyən məhdudiyyətlər qoyulur. Senatdakı “prezident kvotası” da azaldılır.
Həmçinin, qəbul edilmiş qanunlar Qazaxıstanın qarışıq seçki sisteminə keçidini tənzimləyir. Belə ki, indi birmandatlı seçki dairələri üzrə Milli Məclisin və rayon məclislərinin deputatlarının bir hissəsi, eləcə də rayon məclislərinin bütün deputatları seçiləcək. Rayon və rayon əhəmiyyətli şəhərlərin icra başçısının seçilməsi də nəzərdə tutulur.
Sovet dağılandan sonra digər MDB ölkələrində olduğu kimi totalitar rejimin çənginə keçən Qazaxıstanda Nazarbayev monopoliyasına son qoyan Toqayev artıq bu ölkəni harın məmurlardan xilas etməyə çalışır.
Ekspertlər sovet dağılandan sonra eyni taleyi yaşayan Azərbaycan Respublikasında da Qazaxıstana bənzər dəyişikliklərin vacibliyini vurğulayır və bu ölkədə də ailə rejiminə son qoyulmasının vaxtının çoxdan çatdığını deyirlər.