Qarabağdan Azərbaycan ordusuna atəş açılıb
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, dünən və bu gün bu ölkənin azad edə bilmədiyi və son 30 il ərzində olduğu kimi qondarma rejim tərəfindən idarə olunduğu Qarabağ ərazisindən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Rusiya sülhməramlılarının nəzarətinə verilən Qarabağda tanınmamış rejimin öz hərbi qüvvələri var və onların fəaliyyətində heç bir dəyişiklik edilməyib. Sözü gedən rejim Qarabağı idarə edir və Rusiya qüvvələri da rəsmi Bakının qol çəkdiyi bəyanat əsasında bu rejimi qoruyur.
Bu günlər Azərbaycan Respublikası zəfər bayramını qeyd edir və ümumi fikrdə bu sual hələ açıq qalır ki, Qarabağa görə baş verən 30 illik işğal, Qarabağın erməni separatçılarının idarəsi altında olduğu halda bitmiş hesab edilə bilərmi?
Əgər bu gün Azərbaycan Respubliksı öz zəfərini qeyd edərkən öz torpaqlarından onun ordusuna atəş açılırsa bu zəfəri nə dərəcə də səmimi qəbul etmək olar?
Görünən odur ki,Qarabağ uğrunda aparılan 2-ci Qarabağ müharibəsi bu bölgənin taleyinə təsirsiz ötüşüb və Qarabağa nəzarət hələ də təmin edilməyib.