Ərazi ilhaqı Əliyevin başağrısına çevrilə bilər
Talış və azəri fəalları referendum təklif edirlər
"Azad Talışıstan" YouTube kanalında talış və azəri fəalları Bakının İrana ilhaq olmaq üçün təbliğatını alqışladılar!
SəhərAzəri-nin məlumatına əsasən, talış və azəri fəalları bu kanalda vurğuladılar ki, Bakı özü bilmədən və şüursuz şəkildə ərazi ilhaqının təbliğatını aparır ilə İranın itirilmiş torpaqlarının heç bir problem olmadan qaytarılmasınınn zərurətini yada salır.
Bununla bağlı Avropadakı siyasi fəal Həbib Babai Azad Talışıstan kanalına müsahibəsində deyib: “İlhaq və ərazilərin birləşdirilməsi üçün referendum keçirmək lazımdır. Nəzərə alsaq ki, İranın azəri əyalətlərində azəri əhalisi indi Azərbaycan Respublikası adlanan şəhərlərin əhalisindən bir neçə dəfə çoxdur, mütləq referendumda bu şəhərlərin İrana qaytarılması xalq tərəfindən böyük səslə dəstəklənəcək və heç bir münaqişəya ehtiyac yaranmayacaq”.
Kanalın icraçı eksperti Zabil Məhərrəmov isə bunları deyib ki, belə olan halda İranın tərkibində Talış vilayətinin yaradılması da reallaşacaq!
Qeyd edək ki, son aylarda Bakı rəsmiləri və KİV-ləri hökumətin sionist müşavirləri Brenda Şafer və Arye Qutun tövsiyələri əsasında Əbülfəz Elçibəyin üslubunda qeyri-adi ritorika əmələ gəlib və hakim klanın başçısı öz çıxışlarında “Cənubi Azərbaycan” məsələsini gündəmə gətirir. Ancaq bunun əks effekt verməsini inkar etmək olmaz. Respublikanın bir sıra dairələrində bu sözlər Əliyevlər ailəsi və Paşayevlərin nəzarətindən qurtulmaq üçün tarixi fürsət kimi dəyərləndirilir. Belə ki, referendumun keçirildiyi təqdirdə, insanların böyük əksəriyyəti tarixi ədalətin bərpasına və Qacarlar vaxtı itirilmiş ərazilərin İrana qaytarılmasına səs verəcək.