Xəbər agentliyi sosial media istifadəçiləri tərəfindən lənətləndi
https://azeri.sahartv.ir/news/azərbaycan-i395117-xəbər_agentliyi_sosial_media_istifadəçiləri_tərəfindən_lənətləndi
APA xəbər agentliyinin Facebook üzərindən paylaşdığı status Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ikrahla qarşılanıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 19, 2022 08:59 Asia/Baku
  • Xəbər agentliyi sosial media istifadəçiləri tərəfindən lənətləndi

APA xəbər agentliyinin Facebook üzərindən paylaşdığı status Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ikrahla qarşılanıb.

SəhərAzəri-nin məlumatına əsasən, agentlik “43 il sonra İranda ilk – Polis hicabsız qızı görməzdən gəlir” paylaşımı ilə sosial media istifadəçilərinin qəzəbinə tuş gəlib.

Bu barədə Əfqan Əliyev yazıb: “Bizdə də fahişəxanaları polis görməzdən gəlir”.

Cahangir Səmədov yazır: “Azadlıq dindən çıxmaq deyil”.

Natiq Əliyev yazır: “Hicab Allahın əmridir. Bu, sevindirici hal yox, utancverici haldır”.

Aqşin Əliyev yazır: “Bunların inqilabı soyunmaq üçün imiş, azadlıq üçün yox”.

Fatimə Əsədzadə yazır: “Guya böyül iş görüb? Kül başlarına ki, Allahın əmrindən qaçırlar”.

Samir Ömərov yazır: “İranda hicab məcburiyyəti var idi bəyəm?”.

Mürsəl Nəsirov yazır: “Hicab qadağa deyil, Allahın əmridir. Kim pozmaq istəyirsə və pozursa, günahı öz boynuna!”

Elnur İsayev yazır: “Belə camaata belə xəbər saytları lazımdır, onları aldadıb istədikləri xəbərləri yayırlar”.

 İntiqam Ağayev isə APA-nın bu məlumatını istehza ilə belə şərh edib: “Ərzaqın qiyməti düşdü Azərbaycanda!”