Azərbaycanın əsl qərar vericiləri kimlərdir?
Ailə rejimi kənar qüvvələrin təsiri altındadır
Azərbaycan Respublikasını idarə edən cərəyanın kimlərdən ibarət olması bu günlərdə geniş müzakirə olunur. Çünki zahirdə göstərilənin əksinə olaraq, kölgə hökumətləri bu İslam ölkəsinin strateji məsələlərində əsas qərarları verirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İran və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin inkişafı üçün çox yaxşı imkan yarandı və bu, illərlə davam etdi, lakin bu ölkədə qərb ünsürlərinin təsirinin və eləcə də fitnəsinin başlaması ilə bu bölgədə iki şiə xalqının münasibətlərinin düşmənləri Bakı siyasətçilərini yavaş-yavaş İrana qarşı bədbinləşdirə bildilər, iş o yerə çatdı ki, hətta İranın hərbi təlim, hərbi və qeyri-hərbi yardım ləvazimatlarının göndərilməsi kimi tərəddüdsüz yardımlarının davam etməsinə mane oldular, həmçinin, birbaşa artilleriya atəşi ilə Zəngilan əhalisinin xilas edilməsi, qaçqınlar üçün düşərgə salınması kimi təsirli tədbirləri də nəzərə alınmadı.
Bakı dövlət siyasətçiləri hər gün bir bəhanə ilə Qarabağ müharibəsində Azərbaycan xalqına və əsgərlərinə kömək etməyə canları və ürəkləri ilə tələsən iranlı müşavir və əsgərlərin ürək ağrısı və ümidsizliklə Azərbaycanı tərk etmələrinə səbəb oldular. Amma bu qardaşlıq heç vaxt unudulmadı və iranlıların qucağı Azərbaycanın şiə xalqının üzünə açıq qaldı və insanların İrana rahat gediş-gəlişi istiqamətində maksimum əməkdaşlıq aparıldı.
Zaman keçdikcə bu ölkədə, kölgə hökumətləri xüsusilə İngiltərənin, sionist rejimin və Türkiyənin Azərbaycan Respublikasının idarəçiliyini bu ölkə hökumətinin əlindən aldı və bu ölkənin prezidenti faktiki olaraq təsir etmiş kölgə hökumətinin tədbirlərini elan etmək üçün tribunaya çevrildi; O, İran və Azərbaycan xalqları arasında parçalanma atəşini daim alovlandıran tədbirlərin tribunası oldu.
İkinci Qarabağ müharibəsində qismən qələbəsindən sonra Yuxarı Qarabağın hələ də işğalda qaldığı bir halda, hökumət adıçəkilən kölgə hökumətlərinin göstərişi ilə Şərqi Zəngəzur kimi qondarma termini sifarişlə işləyən KİV-lərdə rəvac verdi.
Aydındır ki, hər bir xalq öz ölkəsinin bütün məsələlərində iştirak etməlidir. Amma Azərbaycanda keçirilən sifarişli prezident və parlament seçkiləri bu səlahiyyəti Azərbaycan xalqının əlindən alıb və bu ölkənin məzlum və müsəlman xalqı üçün belə bir imkan təsəvvür olunmur, çox mühüm enerji resurslarına malik bu zəngin ölkə praktiki olaraq bəzi sionist müşavirlər və xarici şirkətlər tərəfindən idarə olunur.
Bu, Azərbaycan Respublikasının dindar xalqının son durumunun real mənzərəsidir. Azərbaycan cəmiyyətini şiə dünyasının mərkəzi sayılan İran İslam Respublikasından məyus etmək Bakıya hakim olan kölgə hökumətlərin planlaşdırdığı və cidd-cəhdlə həyata keçirmək istədiyi məqsəddir. Lakin bu məqsədin uğursuz qalacağı qətidir