Noy 24, 2022 11:08 Asia/Baku
  • Səbuhi Səlimov 17 il müddətinə azadlıqdan məhrum edilib

Qarabağ müharibəsi qazisi və islamçı fəal hakim rejimin sifarişi ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Bakıda birinci Qarabağ müharibəsi qazisi Səbuhi Səlimovun məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədirliyi ilə baş tutan məhkəmədə müttəhimə hökm oxunub. Belə ki, o, cinayət məcəlləsinin 274 -cü maddəsi, dövlətə xəyanətdə ittiham olunaraq 17 il müddətinə azadlıqdan məhrum edilib.

Səbuhi Səlimov ötən il oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü yəni dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, dövlətə xəyanət ittihamı son zamanlara daha çox dəbdədir, keçmişdə siyasi fəallar və dindarlar adətən narkotik və ya qeyri-qanuni silah saxlamaq maddəsi ilə şərlənərək həbs olunurdu.

Yeri gəlmişkən bildirək ki, Səbuhi Səlimov birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Qarabağ qazisi olaraq o bir neçə il əvvəl ürək əməliyyatı keçirib, 4 damarı dəyişdirilib və hazırda onun əsassız olaraq həbsdə saxlanılması vəziyyətini ağırlaşdıra bilər.

Ailəsi deyib ki, dindar heç bir təşkilata üzv deyil, adi dindar və vətənpərvərdir. İkinci Qarabağ müharibəsi zamanı o, 4 dəfə müharibəyə aparılması üçün hərbi komissarlığa gedib, amma səhhəti ilə əlaqədar onu aparmayıblar.

 

Teqlər