Noy 25, 2022 19:38 Asia/Baku
  • “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik”

Azərbaycan Respublikası Prezidenti bir daha İrana qarşı müdaxiləçi bəyanatla çıxış edib.

Noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında İlham Əliyev bir daha son günlər İrana qarşı səsləndirdiyi müdaxiləçi bəyanatlarını təkrarlayıb: “Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”,-deyə İlham Əliyev bildirib.

O özünün ömürlük hakimiyyətinə etiraf kimi qiymətləndiriləcək eyni zamanda İrandakı demokratiyaya etiraf olan bir müqayisədə deyib: “Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı.”

İlham Əliyev İranın aliməqam rəhbərinin ali müşaviri Ələ Əkbər Vilayətinin “Azərbaycan gözümüzün işığıdır” ifadəsinə insafsız bir qarşılıq verərək deyib:

“Heç zaman Azərbaycana qarşı (İrandan) bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi.”

İlham Əliyev iddia etdiyi bu nifrətə cavabından da danışıb: “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək.”- İ. Əliyev deyib.

İranın aliməqam rəhbərinin ali müşaviri Ələ Əkbər Vilayətinin son bəyanatında Azərbaycan Respublikasına qarşı müharibə ittihamını namərcəsinə böytan adlandırmışdı və İranın hərhansı ölkənin hücumu qarşısında belə Azərbaycan Respublikasını müdafiəyə hazır olduğunu demişdi. Elə həmin bəyanata Azərbaycandan dərhal müsbət reaksiya da gəldi. İ.Əliyevin köməkçisi Hiknət Hacıyev bu bəyanatı təqdir etdi. Ancaq Azərbaycan Respublikası prezidentinin aidiyyatı olmayan bir iclasda etdiyi çıxışında bir daha anti-İran bəyanatını təkrarlaması ciddi suallar doğurur.

 

Teqlər