Dek 03, 2022 11:30 Asia/Baku
  • Pakayin: Əliyevdən soruşulmalıdır ki, regionda hərbi təlimləri kim dəb saldı?

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri İlham Əliyevin hərbi təlimlərlə bağlı Tehrana irad bildirməsinin əsassız olduğunu söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Möhsün Pakayin İLNA Xəbər Agentliyi ilə müsahibədə Əliyevin İrandakı 13-cü hökumət dövründə əlaqələrin gərgin nöqtəyə daxil olmasından təəccüblənməsinə cavab olaraq deyib: “Biz ondan soruşmalıyıq ki, İran İslam Respublikasında üç prezidentin olduğu dövrdə yaxşı olan münasibətlər niyə birdən bu qədər gərginliklə üzləşib?”

İranın şimal-qərb sərhədlərində hərbi təlimlər keçirməsinə gəlində keçmiş səfir qeyd edib: “Türkiyə və Pakistanla birgə hərbi təlim keçirəndə Əliyevə gileylənən oldumu?! Bizim Xeybər adlı təlimimizdən qabaq birinci Azərbaycan Respublikası tərəfindən hərbi təlim keçirildi. Biz elan etmişik ki, İran İslam Respublikasının təlimləri ölkənin hər yerində keçirilir və bu təlimlər heç bir qonşu üçün təhlükə deyil”.

Möhsün Pakayin əlavə edib ki, cənab Əliyev hərbi yolla Ermənistanın ərazi bütövlüyünü pozmağa hazırlaşdığını və Zəngəzur dəhlizini yaratmaq niyyəti ilə bəzi əraziləri öz ölkəsinə birləşdirməyə çalışdığını dilə gətirirsə, təbii ki, bütün ölkələr bu məsələdən narahat olur, çünki belə bir hərəkət regionun geosiyasətini dəyişir, coğrafi sərhədləri təhdid edir və bir ölkənin ərazi bütövlüyünü pozur. Bu istiqamətdə İran da həm rəsmi görüşlərdə, həm də mesajlarında öz mövqeyini Bakının diqqətinə çatdırıb.

Ölkələrn ərazi bütövlüyünün qorunmasını rəsmi Tehranın prinsipial siyasəti olduğunu vurğulayan sabiq diplomat xatırladıb ki, İran Qarabağ məsələsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədi, rəsmi olaraq 7 rayonun işğal edildiyi və Qarabağın bu ölkəyə qaytarılmalı olduğu bəyan etdi, və bu gün Ermənistanın da ərazi bütövlüyünü dəstəkləyir.

Pakayinin qənaətincə, İlham Əliyev İranın xoş niyyətindən xəbərdardır və bilir ki, İran heç vaxt tarixi iddialarla çıxış etməyib, çünki tarixi iddialar məsələsi qaldırılarsa, İranın hamıdan artıq haqlı olduğu məlum olacaq. Bu səbəbdən yaxşı olardı ki, digər ölkələr də bu səmtə getməsinlər, əslində tarixi məsələlər tarixçilərin öhdəsinə buraxılmalı və ölkələrin bir-biri ilə yaxşı münasibət qurması üçün səy göstərilməlidir.

 

Teqlər