Dek 10, 2022 18:49 Asia/Baku
  • Heydər Əliyev sənədli filmi efirə verilir

Azərbaycan Respublikasında gedən anti-İran təbliğatlara prezident Əliyevin birbaşa rəhbərlik etdiyini nəzərə alaraq eləcə də bu propaqandalara cavab verilməsi tələbi ilə çoxsaylı tamaşaçının müraciətini yerinə yetirmək üçün “Heydər Əliyev sənədli filmi” efirə hazırlandı.

SəhərAzəri-nin məlumatına əsasən, “Heydər Əliyev sənədli filmi” bazar və bazar ertəsi günləri dekabrın 11 və 12-ci günlərində Bakı vaxtı ilə saat 22:00-da efirə veriləcək. 

SəhərAzəri telekanalı bu sənədli filmin yayımı barədə bir müddət öncə elan vermişdi ancaq Azərbaycan Respublikasında uydurma və əsassız anti-İran təbliğatların dayandırılmasına dəlalət edən siqnallar aldığından bu filmin yayımından vaz keçdi. Ancaq zəhərli təbliğatlar nəinki dayanmadı əksinə daha da sərtləşdirildi belə ki, İrana qarşı ərazi iddiaları səsləndirildi və bu artıq dövlət siyasətinə çevrildi. Hələ bu azmış kimi, Azərbaycan Respublikası hakimiyyəti məlum separatçı ünsürləri İran sərhəddinə gətirərək xüdafərin körpüsü qarşısında onlardan separatçı müsahibələr yaydı, bu körpü İranı parçalamaq üzrə ideanın müəllifləri olan sionist və amerikalı simaların da xatirə şəkli çəkdirmələri üçün təklif edilən yer olmuşdur. Onlar rəsmi Bakının yaşıl çırağı ilə İran sərhəddindən hətta irana barmaq da silkələyirlər.

Butun bu reallıqları nəzərə alaraq “Heydər Əliyev sənədli filmi”-nin efirə verilməsi artıq labüd olmuşdur. 

Bu sənədli filmdə hadisələri yaxından izləyən şəxslərin dilindən faktlar səsləndirilir, Azərbaycan xalqı üçün bir çox qaranlıq məqamlara aydınlıq gətirilir və bu ölkədə tale bumlu hadisələrin arxa planı aşkar olur. 

Beləliklə də İrana qarşı düşünülmüş çirkin kampaniyaların eləcə də Əliyevlər ailə hökumətinin yayındırıcı metodlarının kökləri ifşa olunmuş olur.

Teqlər