Azərbaycan vətəndaşları hansı şəraitdə yeni ili qarşılayacaq?
https://azeri.sahartv.ir/news/azərbaycan-i395931-azərbaycan_vətəndaşları_hansı_şəraitdə_yeni_ili_qarşılayacaq
Azərbaycan vətəndaşları yeni ili ağır məişət şəraitində qarşılayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2022 12:59 Asia/Baku
  • Azərbaycan vətəndaşları hansı şəraitdə yeni ili qarşılayacaq?

Azərbaycan vətəndaşları yeni ili ağır məişət şəraitində qarşılayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Dövlət Statistika Komitəsinin istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatında bildirilir ki, 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 113,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib. Həmçinin qeyd edilir ki, cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 115,1 faiz təşkil etmişdir.